Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Düşmənin öz başında çatlayan növbəti təxribatı

0

  •        Zaman - zaman Azərbaycanın tarixinə nəzər salsaq, görürük ki, onun XX əsr intibahı, keşməkeşli yolu Azərbaycan xalqını gücləndirmiş, bütövləşdirmiş bir yumruq kimi birləşdirmişdir. Bu birlik, bu güc, bu bütövlük bədnam qonşularımızı hər zaman qorxutmuş. Və onun nəticəsində onlar öz məkrli planlarından, təxribatlarından əl çəkə bilmir,iki il əvvəl Azərbaycanla sərhəddə törətdiyi təxribatı yenə də təkrarlamaqdadır. Sentyabrın 12-dən başlayaraq bu günə qədər davam edən, hiyləgərcəsinə yürüdülən siyasət iki il öncə, iyulun 12-də Azərbaycan - Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya  təşkil edir.   Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumaq məqsədi ilə növbəti dəfə Ermənistanın hərbi - siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qalıb.   Azərbaycanın 44 günlük müharibədə qalibiyyəti, işğaldan azad olunan ərazilərdə görülən quruculuq, abadlıq işləri, 30 ildən sonra Azərbaycan xalqının öz doğma yurdlarına qayıtması onlara gözdağı oldu. Məcburi köçkünlər öz ata-baba yurdlarına qədəm qoydular.   44 günlük müharibədə Dəmir Yumruq altında başı əzilən düşmən məğlubiyyətini unudub yenidən növbəti məğlubiyyətinə hazırlaşır.   2020 - ci ildə kapitulyasiua aktına imza atan Paşinyan heç bir öhdəliyə əməl etmədi. Sülh müqaviləsinin imzalanması üçün hazırlıq işlərinə diqqət ayırmaqdansa, yenə təxribat, təcavüzkar əməllərinə əl atır.   Bu gün Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən rayonlarını istiqamətində bədnam qonşuların təxribatlarına layiqli cavab verilir.    Ermənistanın bu cür revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət olunması tələb edilməlidir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.  Güclü, qüdrətli Azərbaycan ordusu 12 sentyabr tarixindən bu günə qədər - 4 gün ərzində Ermənistan silahlı qüvvələrinin 80 faizini artıq sıradan çıxardı. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və “Dəmir Yumruq “yerindədir.   Azərbaycanın qüvvətli ordusu, müzəffər Ali Baş Komandanı və hər zaman Prezidentinə dəstək olan milləti var.  Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpaqlarımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifəsini yüksək səviyyədə yerinə yetirən igid oğulların ruhu qarşısında baş əyirik. Vətən sağ olsun!                    Qarabağ Azərbaycandır! Sevda Məmmədova,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib45 dəfə
    Düşmənin öz başında çatlayan növbəti təxribatı

    Maraqlı gələ bilər
    50
    50